Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı

18:38 07.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astarada avtomobil mopedlə toqquşub.

Hafta.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Astara sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır. /APA/